“Azərbaycanın xaricdəki bəzi səfirlikləri bağlansın” - YAP-çı deputatdan təklif

img

21-11-2017 [16:42]


YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib.

Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

O qeyd edib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: "Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun”.

S. Novruzov gələn ilin seçki ili olduğunu nəzərə alaraq, siyasi partiyalara maliyyə vəsaitinin artırılmasını da təklif edib.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR