“Kəpəz”də yeni baş məşqçi təqdimatı oldu - Açıqlama + FOTO

img

21-11-2017 [16:09]


Bu gün "Kəpəz”in yeni baş məşqçisi Yunis Hüseynovun  komanda üzvlərinə təqdimı keçirilib.

Mia.az xəbər verir ki, klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib.

 Daha sonra Y.Hüseynovu komanda üzvlərinə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun "Kəpəz”i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.
 
Baş məşqçi vəzifəsinə təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər heyəti, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR