Brusseldə keçirilən Qarabag forumu dünyaya mesajdır

img

21-11-2017 [15:40]


Müasir beynəlxalq aləmdə təhlükəsizliyə və sabitliyə yönəlmiş təhdidlər son dövrlərdə kifayət qədər artıb.

Ölkəmiz keçən əsrin 90-cı illərindən bəri Dağlıq Qarabağda erməni təcavüzkarlarının separatçı hərəkatına və etnik təmizləmə siyasətinə məruz qalmışdır. Çox təəssüflər olsun ki, həmin dövrdə Beynəlxalq təşkilatlar və dünyanın bir sıra nüfuzlu dövlətləri ölkəmizə qarşı bu təhdid və separatizmin qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirməmiş, ikili standart mövqeyi sərgiləmişlər. Bu gün vəziyyət tamamilə dəyişib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici siyasət strategiyasının nəticəsi olaraq regionda və dünyada qazandığımız nüfuzlu mövqe sayəsində dövlətimiz öz həqiqətlərini dünyaya çatdırmaq iqtidarındadır. Bunun bariz nümunəsi kimi bu gün Brüsseldə, Avropanın siyasi mərkəzində "separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı "Qarabağ" forumunun keçirilməsini göstərə bilərik. Tanınmış siyasətçilərin, ictimai xadimlərin, Media qurumlarının rəhbərlərinin, diaspor təşkilatlarının rəhbərlərinin iştirak etdiyi bu beynəlxalq forumun Azərbaycanın təşəbbüsü ilə keçirilməsi bir daha onu göstərir ki, Azərbaycanın doğru yolda inamla irəliləyir və haqq davasını dünyaya yaymaqda davam edir. Azərbaycanı Forumda təmsil edən, Prezidentin İctimai və Siyasi məsələlər üzrə köməçisi Əli Həsənov cıxışında bildirib ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir. Cənab Həsənov təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Prezidentin köməkçisinin bu çıxışı separatçı və təcavüzkar erməni siyasətçilərinə və onların havadarlarına istiqamətlənmiş ciddi mesajdır. Forum ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyllərin aradan qaldırılması istiqamətində faydalı nəticələrə gətirib çıxara bilər.


Ramin Səmədov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müşaviri


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR