Nazir departament rəisini vəzifəsindən azad etdi - Yeni təyinat

img

21-11-2017 [14:48]


Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə yeni rəis təyin edib.

Nazirin əmrinə görə, Vergilər nazirinin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru Əhmədov İlqar İsmayıl oğlu bu vəzifəyə təyinat alıb.

Qeyd edək ki, 2016-cı ilin fevral ayından Bakı şəhəri Lokal Gəlirlər Departamentinin rəhbər vəzifəsinin müvəqqəti icraçısı vəzifəsi nazirin müşaviri Məmmədov Habil Amil oğluna tapşırılmışdı(unikal.org).



    Digər xəbərlər
    SON XƏBƏRLƏR