Ərdoğandan Rusiyaya jest, ABŞ-a təhdid: "Bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirisiz?"

img

21-11-2017 [14:09]


"Bu ssenarilər qarşılığında Türkiyənin əli-qolu bağlı vəziyyətdə oturacağını gözləməsinlər”.

Bunu ölkə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Böyük Millət Məclisindəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.

"Soçidə Rusiya və İranla üçtərəfli zirvə toplantısı keçirəcəyik. Rusiya ilə qurduğumuz bu yaxın əlaqələrdən əldə etdiyimiz nəticə çox əhəmiyyətlidir. Mərkəzi İraq hökuməti ilə də əlaqələrimiz uzun zamandan bəri olmayan dərəcədə müsbət vəziyyətdədir. Şimali İraqda yanlışlıq edilməsəydi, onlarla da gözəl əlaqələrimiz olacaqdı. Almaniya, Hollandiya, Belçika kimi ölkələr əslində ən rahat əməkdaşlıq edəcəyimiz dövlətlərdir. Ancaq bir müddətdir onlar irqçilik və əcnəbi düşmənliyinin pəncəsinə keçiblər”, -deyə o, vurğulayıb. 

R.T.Ərdoğan deyib ki, rəsmi Ankara ABŞ-ın bölgədə həyata keçirdiyi siyasətin yanlışlığından narahatdır və bunu dəfələrlə Vaşinqtonun diqqətə çatdırıblar: "Bunu bir daha diqqətə çatdırırıq. Onlar bölgəni İŞİD-dən təmizlədiklərini bildirirdilər. Ancaq hələ də silah dolu TIR-lar Suryaya daxil olur. Bu, niyə davam edir? Siz bu silahlanmanı hansı ölkəyə qarşı davam etdirisiz? Niyə bunu edirsiz? Bunların dərdi başqadır. Nəyin nə olduğunu bilirik. Buna uyğun olaraq, addımlar atacağıq. Bu ssenarilər qarşısından Türkiyənin əli-qolu bağlı oturacağını kimsə gözləməsin. İŞİD-in içi boş bir qurum olduğunu dünyaya göstərən Türkiyə olub”.

Türkiyə prezidenti Suriyada BMT-nin tanıdığı rəhbər Bəşər Əsədlə bağlı da danışıb: "Əsəd hələ də yerli yerində oturub. Demokratik tələblərlə çıxış edən müxalifət onu terrorçu adlandırır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb”. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR