Artur Rasi-zadənin iştirakı ilə Milli Məclisin plenar iclası başladı

img

21-11-2017 [12:18]


Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsinə başlanılıb.
 
İclası spiker Oqtay Əsədov açıq elan edib. İclasda baş nazir Artur Rasizadə olmaqla hökumət nümayəndələri iştirak edir.

İclasda həmçinin, Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Poçt haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihələri müzakirə ediləcək.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir. Qeyd edək ki, müzakirələr noyabrın 23-dək davam edəcək.

*** 

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş iqtisadi siyasət dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirinin qarşısının alınmasına kömək edib.

Spiker deyib ki, cari ildə Azəri-Çıraq-Günəşli layihəsinin 2050-ci illərə uzadılması və Bakı- Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması Azərbaycan iqtisadiyyatının daha da inkişafına zəmin yaradıb.

"2018-ci ilin büdcəsi gələn il də ölkəmizdə olacaq dinamik inkişafı əks etdirir. Büdcə gəlirlərində qeyri-neft sektoru 50 faizə çatıb.Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, infastrukturun inkişafı və digər sahələrlə bağlı həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabilliyətinin artırılmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, Azərbaycan Qlobal Davos Forumunun reytinqində iki pillə irəliləyib”.

O.Əsədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi müasir dövrün çağırışları nəzərə alınaraq tərtib olunub.

"Gələn ilin büdcə zərfində real iqtisadi artım proqnozlaşdırılıb. Yeni büdcədə gəlirlər 2017-ci ilin büdcəsi ilə müqayisədə 3.3 milyard, xərclər isə 3 milyard manat çox olacaq.

Bütün bunlar kənd təsərrüfatının stimullaşdırılmasına və digər sahələrə yönəlib.Ümumiyyətlə, büdcə Milli Məclisdə bütün komitələr tərəfindən müzakirə olunaraq plenar iclasa tövsiyə olunub. Müzakirələrdə 35- dən çox millət vəkili çıxış edib. Hesablama Palatası da yeni büdcə zərfi ilə bağlı sənəd hazırlayıb, onu müsbət qymətləndirib”.



Digər xəbərlər
SON XƏBƏRLƏR