Nazirlikdən icra başçısına ittiham: “Abdin Fərzəliyevə tarixi evi sökməyi qadağan etmişdik, amma...”+Fotolar

img

20-11-2017 [19:59]


Bakının Nərimanov rayonunda "pilot layihə” adı altında köhnə binaların sökülərərək yerlərində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə yönələn, sakinlərin evlərində faktiki zorla köçürülməsi ilə müşaiyət olunan xaotik kampaniya arxitektur binaları da hədəf alıb. 

Rayonun Tələt Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən, dövlət səviyyəsində tarixi tikili kimi qorunan beşmərtəbəli daş binaların söküntüsü gedir. Bu barədə redaksiyamıza sakinlər məlumat veriblər.

Həmin binaların sakinləri evlərini tərk etməli olublar və kirayə mənzillərə köçüblər. Söküntünü Nərimanov rayon İcra Hakimiyyətinin qərarı əsasında heç kimin tanımadığı hansısa MMC aparır. Hansı ki, bu cür tikililəri sökmək üçün Nazirlər Kabinetininin xüsusi qərarı, dövlət komissiyasının rəyi olmalıdır. Lakin binaların dövlət tərəfindən qorunmasına məhəl qoymadan onları buldozerlərin qabağına veriblər. Bu, Bakıda son illər müasirləşmə və abadlaşma adı altında çoxsaylı tarixi binaların darmadağın edilməsinin, şəhərin tarixi görkəminin silinməsinin davamıdır. İndiyədək Bakının "Sovetski” adlanan məhəlləsində, Füzuli küçəsində və digər yerlərində də 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində inşa edilmiş bir çox tarixi binalar sökülüb. 

Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə iki dəfə müraciət edərək, Tələt Şıxəliyev küçəsindəki tarixi binanın sökülməsinin yolverilməz olduğunu bildirib.

Bu barədə virtualaz.org-a Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəisi Zakir Sultanov bildirib.

"Bu binanın tarixi əhəmiyyətini əsaslandıran ekspert qiymətləndirmələri təqdim edilmişdi. Lakin bu müraciətlərə diqqət yetirilmədi. Tarixi binanın sökülməsi barədə qərarı qətiyyətlə qınayırıq”, - Zakir Sultanov deyib.




Digər xəbərlər
SON XƏBƏRLƏR