"Qalatasaray" rüsvayçı məğlubiyyətə uğradı - VİDEO

img

18-11-2017 [23:51]


Bu gün Türkiyə super liqasında lider "Qalatasaray" səfərdə "İstanbul Başakşəhər"lə qarşılaşmada rüsvayçı məğlubiyyətə uğrayıb.

Mia.az xəbər verir ki, "Qalatasaray" səfərdə  5-1 hesabı ilə uduzub. 

"Qalatasaray"ın oyundakı yeganə qolunu Qomis vurub. 

"İstanbul Başakşəhər"in ulduzu  Adebayor oyunda möhtəşəm qolçu olduğunu növbəti dəfə sübut edib.

Bu qələbə sayəsində "İstanbul Başakşəhər" "Qalatasaray"la xalını bərabərləşdirib. Hazırda hər iki komada 12 oyuna 26 xalla 1 və 2-ci yerləri bölüşürlər. 

"Beşiktaş" isə 22 xalla 3-cü yerdə qərarlaşıb.  

Mia.az


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR