NATO Baş katibi Ərdoğana zəng etdi, şəxsən üzr istədi: "Bütün tədbirlər alınacaq"

img

18-11-2017 [23:37]


NATO Baş katibi Stoltenberq az əvvəl prezident Ərdoğana zəng edərək, şəxsən üzr istəyib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, telefon zəngində Stoltenberq NATO təlimində Atatürklə Ərdoğanın düşmən qiyafəsindəki fotolarının atəş hədəfinə qoyulması haqda danışıb.

NATO Baş katibi faktla bağlı müvafiq araşdırma aparıldığını və qalmaqala imza atmış norveçlilərin işinə dərhal son verildiyini deyib. 

Türkiyəniin NATO-nun önəmli mütəffiqi olduğunu bildirən Stoltenberq bənzər hadisənin təkrarlanmaması üçün müvafiq bütün tədbirlərin alınacağını, yaşanan olayın münasibətlərə xələl gətirməyəcəyinə ümid etdiyini bildirib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR