"Elə səhvlər var ki, onlar alçaq insanlar tərəfindən edilir" - Ərdoğandan NATO-ya mesaj

img

18-11-2017 [20:47]


"Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kamal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxahlıq kifayət deyil".

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Elə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil".

Prezident Suriyanın Türkiyə ilə həmsərhəd şəhəri, PKK-nın Suriya qolu olan PYD-nin nəzarətində olan Afrinə gözlənilən əməliyyatla bağlı da Avropaya mesaj verib: "Afrini də terrorçulardan azad edəcəyik".

Qeyd edək ki, NATO-nun Norveçdəki təlimlərində Atatürklə Ərdoğanın fotolarının "hədəf"ə qoyulması böyük qamaqal yaradıb. Türkiyə buna görə təlimdə iştirak edən 40 hərbçisini geri çağırıb. Bundan sonra NATO rəsmən üzr istəyib, bu özbaşınalığa yol verən hərbçilər cəza olaraq, işdən uzaqlaşdırılıb. Lakin bu da gərginliyi sakitləşdirməyib

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR