18-11-2017 [12:09]
İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı keçirilən qanunsuz referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin adı İcra Hakimiyyətinin rəsmi saytından çıxarılıb.
Qurumun saytında "Aparatın strukturu” bölməsində icra nümayəndələrinin ad və soyadları, onların icra etdikləri vəzifələr və səlahiyyətləri qeyd olunub. Sözügedən bölmədə bu günə qədər Hüquq şöbəsinin müdiri vəzifəsində F.Tanirverdiyevin adı qeyd olunmuşdu. Lakin hazırda "Hüquq şöbəsinin müdiri” vəzifəsi boşdur. F.Tanirverdiyevin adı vəzifənin qarşısından silinib.
Maraqlıdır ki, "Aparatın strukturu” bölməsində ümumiyyətlə F.Tanirverdiyevin adı yoxdur. Bundan o nəticəyə gəlmək olar ki, İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən F.Tanirverdiyev ya işdən azad edilib, ya da işdən azad edildiyi görüntüsü yaradılır.
F.Tanirverdiyevin özü Feysbuk səhifəsində daha separatizmə dəstək paylaşımları etmir, bir neçə gün öncəyədək isə daha çox Laçın İcra Hakimiyyətinə aid rəsmi xəbərlər paylaşmaqla məşğul olub. Lakin son günlər o ancaq "Hüquqlardan sui-istifadə”, "Bərabərlik hüququ” ilə bağlı məlumatlar yaymağa üstünlük verir.
Laçın icra başçısının köməkçisi Elşən Quliyev isə hazırda iclas keçirildiyini, səlahiyyətlilərin yerində olmadığını bildirib və suala cavab verməyib.
Qeyd edək ki, F.Tanirverdiyev İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirmişdi.
Milli Məclisin başda Vahid Əhmədov olmaqla, bir neçə deputatı olayın araşdırılması üçün Baş Prokurorluğa müraciət etsə də, hələlik, heç bir nəticə yoxdur(axar.az).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"