Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama

img

18-11-2017 [12:06]


"Azərbaycanda "Aİ-95” ("Premium”) və "Ai-98” ("Super”) markalı benzinin bahalaşması birbaşa digər sahələrdə qiymət artımına səbəb olmayacaq”.

Mia.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, logistika, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən istehsal sahələrində istifadə olunan daşımalarda "Aİ-95” və "Aİ-98” markalı benzinlərdən istifadə edilmir: 

"Yəni bu logistika xərclərinə aid deyil. Sadəcə, bu artım ondan xəbər verir ki, gələcəkdə buna bənzər addımlar davamlı şəkildə gedə bilər. Əgər "Aİ-92” markalı benzinin sonra isə dizelin qiymətində də dəyişiklik olarsa o zaman bu ticarət, kənd təsərrüfatı, daşımalara ciddi təsir göstərə bilər. Beləliklə də, bütün sahələrdə qiymət artımı baş verə bilər. Çünki daşınma xərclərinin kənd təsərrüfatında maya dəyəri 20-30 faiz təşkil edir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR