Nissan müştəriləri aldadırmış - Rəhbəri üzr istədi

img

18-11-2017 [11:29]


Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış "Nissan” şirkəti məhsulun yoxlanışı zamanı yol verilən pozuntular barədə Nəqliyyat Nazirliyinə hesabat təqdim edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, sənəddə ixtisaslı olmayan əməkdaşlar tərəfindən avtomobillərin son yoxlamasının aparılması ilə əlaqədar şirkətdə tətbiq edilən təcrübənin təhlili öz əksini tapıb.

Şirkətin prezidenti və baş direktoru Hiroto Saykava ictimaiyyəti aldatdıqlarına görə üzr istəyib və əməkhaqqının bir hissəsini gələn ilin martınadək geri qaytaracağını bildirib.

Təqdim edilən sənədə görə, belə pozuntular şirkətin Yaponiyadakı altı zavodundan beşində baş verib. İlk belə pozuntu 1979-cu ildə Tokionun şimalında fəaliyyət göstərən zavodda qeydə alınıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR