Gömrüklə bağlı dəyişiklik - Nazirlər Kabineti yeni ödəniş qaydalarını təsdiqlədi

img

18-11-2017 [10:45]


Nazirlər Kabineti "Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəyişikliklər edib.

Mia.az xəbər verir ki, həmin qaydalara aşağıdakı dəyişiklik edilib:

1. 2.2-ci bənddə "əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri "uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin.

2. 6.9-cu bənddə "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sözləri "Komitəyə” sözü ilə əvəz edilsin.

3. 6.10-cu bənddə "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondundan” sözləri "Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən” sözləri ilə əvəz edilsin.

4. 7.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"7.4. Gömrük yığımları və haqq qaytarılarkən, Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitin mədaxili faktiki qaytarılmış məbləğ qədər azaldılır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR