Zeynəb Xanlarovanın müraciətinə - Nazirlikdən reaksiya

img

18-11-2017 [10:06]


Milli Məclisin 17 noyabr tarixinə olan plenar iclasında xalq artisti, deputat Zeynəb Xanlarova məşhur aktyor Rasim Balayevin son durumu ilə bağlı danışıb. Deputat Rasim Balayev üçün səhiyyə və mədəniyyət nazirinə müraciət edib:

Spiker Oqtay Əsədov isə "Sağ olun, maraqlanarıq, görək, nə məsələdir” deyə reaksiya verib.

Mia.azx əbər verir ki, məsələ ilə bağlı "Yeni Müsavat”ın əməkdaşı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib:
"İstənilən vətəndaş, o cümlədən də xalq artisti Rasim Balayev kimi tanınmış şəxslər dövlət xəstəxanalarında pulsuz tibbi xidmətdən istifadə hüququna malikdir”.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə açıqlama verərək bildirmişdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq:

"Rasim bəyin səsləndirdiyi fikirlərdən xəbərdarıq. Onun sözləri bizi də kədərləndirdi. Məsələ ilə bağlı maraqlanırıq. Rasim bəylə əlaqə saxlayacağıq. Yaxın günlərdə bu barədə ictimaiyyətə geniş açıqlama verəcəyik”.

"Bu qədər qayğıma qalınacağını, dəstək veriləcəyini gözləmirdim”. Bu sözləri isə Rasim Balayevdeyib. Aktyor deputat Zeynəb Xanlarovaya və spiker Oqtay Əsədova öz təşəkkürünü bildirib.

"Kinematoqrafçılar İttifaqından sizinlə maraqlanan oldumu” sualımıza isə aktyor bu cür cavab verdi:

"Yox... istəmirəm də”.


Digər xəbərlər
SON XƏBƏRLƏR