Bakıda torpaq uçqunu: uçqun altında qalan şəxs sağ qalıb - Yenilənib

img

17-11-2017 [22:07]


Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə sağ qalıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlunun sağ qaldığı məlum olub. 

Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.

*** 

Bakının Zığ qəsəbəsində torpaq uçqunu olub.

FHN-dən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Hazırda xilasetmə işləri davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR