ABŞ ordusundan Ankaraya S-400-lə bağlı təhdid: "NATO texnologiyalarına məhdudiyyətlər tətbiq ediləcək, sonra isə..."

img

17-11-2017 [16:00]


ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. 
 
H. Qrant "Defence News"a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: "Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər".   
 
H. Qrant bildirib ki, S-400 anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. 

Onun sözlərinə görə, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR