“Baş prokuror Milli Məclisdə hesabat versin” - Deputatdan təklif

img

17-11-2017 [15:38]


"Baş prokuror və ya müavinlərindən biri Milli Məclisdə hesabat versin”.

Bu təkliflə deputat Qüdrət Həsənquliyev çıxış edib. O qeyd edib ki, həmin şəxslər istintaq olunan cinayət işləri barədə məlumat versələr yaxşı olar: "Daxili işlər nazirinin müavini Vilayət Eyvazov Milli Məclisdə ildə bir dəfə çıxış edir. Bunun prokurorluq orqanlarına şamil edilməsi də yaxşı olar. Milli Məclis kollegial qurumdur. İldə bir dəfə bu hesabatlar verilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR