"Nöqsanı özünüzdə axtarmalısız" - Oqtay Əsədov

img

17-11-2017 [13:34]


Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında MM sədri Oqtay Əsədov deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi məsuliyyətli olmağa çağırıb.

Parlamentdə "Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: "Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki televizya qurumlar QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasınlar, daha sonra onların yayımlanması təmin edilsin”.

MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çalışıb: "İlk nöqsanı özünüzdə axtarmalısız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısız”.




Digər xəbərlər
SON XƏBƏRLƏR