Milli Məclisdə Avropa qurumlarına etiraz

img

17-11-2017 [13:28]


Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə öz işinə başlayıb.

Deputat Əli Məsimli cari məsələlər ətrafında çıxış edərkən seçicilərin islahatlarla bağlı təşəbbüslərindən bəhs etdi. Pedaqoji Universitetin Şəki filialının müstəqil ali məktəbə çevrilməsi barədə seçicilərin təklifini səsləndirdi.

Deputat Xanhüseyn Kazımlı əməyinin qiymətləndirilməsinə görə prezident İlham Əliyvə və spikerə təşəkkürünü bildirdi.

Deputat Azay Quliyev noyabrın 24-də Şərq Tərəfdaşlığıbnın sammitinin keçiriləcəyini və ölkə preziddentinin orada iştirak edəcəyini bildirdi: "Bu mərhələdə yenə bəzi qüvvələr hərkətə keçiblər. Hər dəfə Azərbaycanla hansısa anlaşma ərəfəsində bu kimi şəbəkələr aktivləşirlər. Onlar Azərbaycanla Avropa Birliyi araasında sazişin imzalanmasını istəməyən, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin çəkilməsinə qarşı olanlardır”. A.Quliyev dedi ki, 90-cı illərdə azərbaycanlı əsir və girovlarının daxili orqanlarının alverini edən təşkilat da bu kampaniyada yer alıb. Deputat Sorosu Fondunun da bu prosesdə yer aldığını bildirdi.

Deputat Aydın Mirzəzadə Füzuli bölgəsinə etidiyi son səfərdən, əhalinin düşmənlə üz-üzə yaşayan əhalinin fədakarlığından bəhs etdi.

Deputat Məlahət İbrahimqızı da Azərbaycana qarşı qərəzli münasibətdən danışdı: "Azərbaycanda cinayət törətmiş insanlara siyasi məhbus adının verilməsi ölkəmizə və dövlət başçımıza qarşı təzyiqin nümayişidir”. M.İbrahimqızı bu təzyiqlərlə bağlı "Avronest” PA-ya müraciət ünvanlamağı təklif etdi.

Deputat Fərəc Quliyev də Milli Dirçəliş Günü və YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda eks-prezident Əbülfəz Elçibəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atmağa, abidəsini qoymağa çağırdı. Həmçinin deputat Milli Dirçəliş Gününün 30 illiyi ilə əlaqədar hazırlıqlar görülməsini də vacib saydı.

Deputat Qənirə Paşayeva bir sıra Milli Qəhrəman və şəhid ailələrini narahat edən məsələdən bəhs edərək, bildirdi ki, bəzi bölgələrdə milli qəhrəmanlarımızın büstləri qoyulmayıb. Deputat düşmən əlinə düşməmək üçün özlərini partladan 8 kəşfiyyatçının adının əbədiləşdirilməsini də təklif etdi.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR