"Bugünkü Müsavatla AXC dövründəki Müsavat tamamilə fərqlidir" - Siyavuş Novruzov

img

17-11-2017 [13:16]


Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov hazırkı Müsavat Partiyasının özünü Xalq Cümhuriyyəti dövründəki Müsavat Partiyasının varisi adlandırmasını düzgün hesab etməyib, cəmiyyətin çaşdırılması adlandırıb.

Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən S. Novruzov bildirib ki, Azərbaycan Prezidenti AXC-nin 100 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsi üçün sərəncam verib və bu, ümummilli məsələdir.

O qeyd edib ki, hansısa partiya özünü varis elan etməklə tərəflilik yaradır, ümummilli prinsiplərə zidd gedir: "Bəzi partiyalar ümummilli işimizə maneə törətməyə çalışır, tarixdə baş verənləri öz adına çıxarmaq istəyir. AXC Azərbaycan xalqına, onun tarixinə aiddir. Bugünkü Müsavatla AXC dövründəki Müsavat tamamilə fərqlidir. Ümumi işə xələl gətirmək olmaz”.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub