Rza Zərraba həbsxanada sui-qəsd oldu

img

17-11-2017 [10:47]


ABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd olub.

APA-nın "Yeni Şafak”-a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib. O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

Vəkilin sözlərinə görə, hadisədən sonra R. Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir: "Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək istiqamətləndirilmiş ifadələr verməyə məcbur edilir”.

Qeyd edək ki, R. Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R. Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR