"Putin amerikalı həmkarından xeyli təcrübəli və hiyləgərdir..." - Politoloq

img

17-11-2017 [10:10]


"Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatının Vyetnam sammiti çərçivəsində görüşməli idi. Görüş baş tutmadı və bunun səbəbi protokol xidmətlərinin səhvləri ilə əlaqələndirildi". 

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun fikirincə, protokol xidmətlərinin "səhvi” bəhanədir. Sadəcə, Tramp Putinlə yenidən görüşə risk etməyib:

"Onsuz da Donald Tramp Rusiya ilə bağlantısına görə ölkəsində güclü müxalifətlə üz-üzədir və ona qarşı formalaşan böyük güc Ağ Ev sahibinin bütün enerjisini tükəndirir. Ona görə də Tramp Putinlə görüşüb özünə daha böyük problem yaratmaq istəmədi".

Politoloq deyir ki, Trampın Vyetnamdakı sammitdə Putinlə görüşə hazır olmamasına dəlalət edən səbəblərdən biri də Ağ Ev sahibinin nümayəndə heyətində Rusiya üzrə mütəxəssisinin yer almaması idi: "Adətən bu cür görüşlərdən əvvəl prezidentlər görüşəcək ölkənin siyasəti və mümkün cavablar haqqında əvvəlcədən bilgili olmalıdırlar, həmin bilgiləri isə nümayəndə heyətində həmin ölkə üzrə mütəxəssis ona çatdırmalıdır. 

Etiraf etmək lazımdır ki, Putin amerikalı həmkarından xeyli təcrübəli və hiyləgərdir. Ona görə də Tramp kimi prezidentin Putinlə görüşdən qalib ayrılması mümkün görünmür".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR