"ABŞ regional və enerji təhlükəsizliyi sahəsində Azərbaycanla işləməyə davam edəcək" - Sekuta

img

16-11-2017 [22:41]


"ABŞ uzun müddətdir enerji təhlükəsizliyi sahəsində Azərbaycan və digər ölkələrlə işləyir".

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) tədbirində qeyd etdiyi kimi, ABŞ şirkətləri bu məsələdə Azərbaycanda çox fəaldırlar", - diplomat bildirib.

O, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynaması ilə bağlı dediyi sözləri xatırladıb.

R.Sekutanın sözlərinə görə, Vaşinqton bu istiqamətdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR