Özbəkistanın müdafiə naziri Azərbaycanın silahları ilə tanış olub, hərbi hissəni gəzib - FOTOLAR

img

16-11-2017 [20:52]


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Abdusalom Azizov noyabrın 16-da hərbi hissəni ziyarət ediblər.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,  müdafiə nazirlərinə hərbi hissə haqqında ətraflı brifinq təqdim edilib, şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.

Əsgər yeməkxanası, yataqxanalar, inzibati və xidməti otaqları ziyarət edildikdən sonra qonaqlara hərbi hissənin silahlanmasında olan hərbi texnika, silahlar və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.

 



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub