Lotu Quliyə sui-qəsd əməliyyatının görüntüsü yayıldı - VİDEO

img

16-11-2017 [16:34]


İstanbulda "qanuni oğru” Nadir Səlifova qarşı sui-qəsd hazırlayan polkovnik Namiq Canıyevin rəhbərlik etdiyi 13 nəfərlik dəstənin ticarət mərkəzindəki görüntüləri yayılıb.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Şirinlər” dəstəsinə qarşı yönələn həmin əməliyyat görüntülərində üstlərində silah olan, 4-ü azərbaycanlı olmaqla 13 nəfərin ticarət mərkəzinə X-ray cihazından keçmədən daxil olduğu ortaya çıxıb. Cinayətkar dəstə ilə anlaşdığı məlum olan ticarət mərkəzinin təhlükəsizlik rəisi də saxlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, sözügedən əməliyyat zamanı saxlanılan Rövşən Canıyevin polkovnik qardaşı Namiq Canıyevin və bir qrup azərbaycanlının bu gün Türkiyədə məhkəməsidir. Onların azadlığa buraxılacaqları gözlənilir.

Xatırladaq ki, iddiaya görə, ötən il Beşiktaşda güllələnərək öldürülən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev onun intiqamını almaq üçün "Şirinlər” dəstəsi ilə razılaşıb. Canıyevin qətlinin sifarişçisi olduğu ehtimal edilən "Lotu Quli” ləqəbli N.Səlifovu öldürmələri üçün cinayətkar dəstəyə 5 milyon dollar təklif edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR