Sosial mənzillər bazardan 25 faiz ucuz satılacaq - Aparat rəhbərindən açıqlama

img

16-11-2017 [15:52]


Hazırda Mənzil İnşaat Agentliyi Bakı Nəqliyyat Agentliyilə əlaqəli şəkildə çalışır.

Bunu Prezident yanında Mənzil İnşaat Agentliyinin (MİDA) Aparat rəhbəri Anar Quliyev deyib.

O bildirib ki, Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətti açılacaq: "Bundan başqa, mənzillər tam təmirli, mətbəx mebellərilə təmin olunmuş şəkildə alıcılara təqdim ediləcək".

A.Quliyev bildirib ki, mənzillərin satış qiyməti tam dəqiqləşməsə də ümumi mənzil bazardakından 25 faiz ucuz olacaq. O bildirib ki, Yasamal Yaşayış Kompleksi ilkin layihədir. İkinci layihə Suraxanı rayonu ərazidində reallaşacaq. Bu layihənin ərazisi daha geniş olacaq.

O qeyd edib ki, Suraxanı kompleksinin tikintisinə bu il başlanacaq: "Şərtlər eyni olsa da, ərazi üzrə orta bazar qiymətləri əsas götürüləcək".

modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR