Qaradağlının qadağa qoyduğu ulduzlar - ATV-yə qayıtdı

img

16-11-2017 [14:56]


TV-nin eks-prezidenti Vüqar Qaradağlının qəzəbinə tuş gələrək efirdən məhrum olan bəzi müğənnilərə yeni rəhbərlik yaşıl işıq yandırıb.

Kanalın yeni prezidenti Azər Xəlilov sələfindən fərqli olaraq həmin tanınmışlara jest edib.Belə ki, illərdir ATV-nin üzünə həsrət qalan müğənnilər bir neçə gündür ki, telekanalın müxtəlif verilişlərinə dəvət alır.

Həmin ulduzlar arasında əməkdar artistlər Elza Seyidcahan, Mehriban Xanlarova, müğənnilər Günay İbrahimli, Səidə Sultan, Xatirə İslam və rəqqasə Oksana Rəsulova yer alıb. Sözügedən şou-biznes təmsilçilərini bundan sonra tez-tez ATV-də görə bilərik.

Qeyd edək ki, kanalın "qara siyahı”sı bununla bitmir. Flora Kərimova başda olmaqla, Nura Suri, Ayan Babakişiyeva, Sevil-Sevinc bacıları, Roza Zərgərli və başqaları hələ də efirə çıxa bilmir(Qafqazinfo).



Digər xəbərlər
SON XƏBƏRLƏR