15-11-2017 [11:09]
Azərbaycan mediası məmurlarla təmas problemi yaşamaqdadır. İctimai maraq kəsb edən hansısa bir mövzuda nazirləri, komitə, agentlik rəhbərlərini danışdırmaq müşkül bir işə çevrilib. Hansı quruma üz tuturuq, ən yaxşı halda mətbuat xidmətinin rəhbəri sualları yazılı götürəcək, ən tezi 1 həftəyə onları cavablandıracaq. Bir çox qurumların mətbuat katibləri isə heç bunu da etmirlər.
Mia.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, əvvəllər müxtəlif qurumlar tərəfindən azı ildə bir dəfə hesabat xarakterli mətbuat konfransları keçirilir, jurnalistlər onları maraqlandıran sualları birbaşa nazirlərə, yaxud digər rəhbər şəxslərə verə bilirdilər. Yaxud belə imkan hakim Yeni Azərbaycan Partiyasının qərargahında yaradılırdı: burada müntəzəm olaraq rəhbər şəxslərin jurnalistlərlə canlı ünsiyyəti üçün imkan yaradan konfranslar təşkil edilirdi. Lakin neçə illərdir jurnalistlər bu imkandan da məhrum olublar.
Milli Məclisə akkreditasiya olmuş həmkarlarımızın dediyinə görə, daha büdcə müzakirələri günlərində parlamentə gələn məmurlar da jurnalistlərin olduğu tərəflərdən keçmirlər - iclas zalına arxa qapıdan gəlib, oradan da gedirlər.
Bu şəraitdə jurnalistlərin hansısa nazir, komitə sədri və ya digər rəhbər şəxslə təmas imkanı yalnız açıq havada keçirilən kütləvi tədbirlər zamanı yaranır.
Məmurları mediadan uzaq salan nədir? Bu vəziyyətin hər iki tərəf üçün hansı təsirləri var?
Parlament Jurnalistlər Birilyinin sədri, modern.az saytının rəhbəri Elşad Eyvazlı hesab edir ki, ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinin mətbuatdan yayınması həm media üçün, həm də həmin qurumun özü üçün zərərlidir: "Nəticədə hər iki tərəf itirir. Məncə, məhz buna görədir ki, dedi-qodu, yalan-doğru baş alıb gedir. Məsələn, elə məmurlar var ki, fəaliyyətləri, gördükləri işlər pozitivdir. Sadəcə, görülən işlərin cəmiyyətə çatdırılmasında maraqlı görünmürlər. Ola bilsin ki, öz işlərini yerinə yetirə bilməyən nazirlər, komitə rəhbərləri onlara ”yaxşı baxmayacaq" kimi yanaşmalardan ehtiyat edirlər. Sanki bizdə bir məmur-jurnalist qəbuledilməzliyi var".
Birlik rəhbərinin fikrincə, görülən işlərin cəmiyyətə çatdırılması, neqativ halların aradan qaldırılması, dedi-qodu, yalan məlumatların yayılmaması üçün mütləq dövlət qurumlarının rəhbərləri jurnalistlərdən yayınmamalı, mətbuat katiblərini mediadan uzaq tutmamalıdırlar. E.Eyvazlı deyir ki, hər halda bir jurnalist təşkilatının, bir saytın rəhbəri kimi hakim partiyada əvvəlki ənənələrin bərpa olunmasını çox istəyir.
"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz NiftiyevAzərbaycanda vəzifə sahiblərinin medianın qarşısında hesabat vermək ənənəsinin olmamasından təəssüfləndiyini bildirib: "Əlbəttə, bu vəziyyət xoşagələn deyil və bir çox sualların cavabsız qalması ilə nəticələnir. Biz yalnız nazirlər və komitə sədrlərinin tədbirdən-tədbirə ayaqüstü açıqlamaları ilə kifayətlənirik, bu da yetərli deyil. Bunun səbəbi nədirsə mətbuatla baglı deyil, düşünürəm ki, qurumların rəhbərləri maraqlı deyillər.”
Agentlik rəhbərinin fikrincə, çox yaxşı olardı ki, hər ay nazirlər və komitə sədrləri medianın qarşısına çıxsınlar: "Belə olan halda onlar həm təmsil etdikləri qurumların gördüyü işləri cəmiyyətə çatdırmış olarlar, həm də jurnalistləri maraqlandıran suallara cavab verərlər. Bütün hallarda qazanan tərəf yenə də həmin qurumlar və onların rəhbərləri olacaq. Bununla da haqlarında yayılmış olacaq hər hansı qeyri-dəqiq informasiyaların qarşısı alınacaq”.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevbildirir ki, partiya qərargahında konfransların təşkili zamanın tələbi idi: "Həmin vaxt bu görüşlər informasiya qıtlığının aradan qaldırılması, dövlət qurumlarının rəhbər şəxsləri ilə jurnalistlər arasında baryerin götürülməsi, sıx məmur-jurnalist ünsiyyətinin qurulması məqsədi daşıyırdı. Həm də bu tədbirlər təbliğat xarakterli idi. Müəyyən müddətdən sonra biz gördük ki, artıq məqsədimizə nail olmuşuq, dövlət strukturlarının birinci şəxslərinin kütləvi informasiya vasitələri ilə münasibətləri tam şəffafdır, açıqdır, mövcud baryerləri aradan qaldıra bilmişik, qərara gəldik ki, belə tədbirlərə ehtiyac qalmayıb”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevisə deyir ki, onlar jurnalistlərin də iştirakı ilə çoxsaylı tədbirlər təşkil edirlər. Bu tədbirlərdə nazirliyin müxtəlif vəzifəli şəxsləri, bir çoxunda isə nazir Şahin Mustafayevin özü iştirak edir, jurnalistləri maraqlandıran sualları cavablandırır. Buna görə də A.Əliyev təmsil etdiyi qurumun rəhbərliyi ilə jurnalistlər arasında ünsiyyət probleminin olmadığı qənaətindədir.
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR