Şriftin ölçüsü / 3641 dəfə oxunub

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir

10 Noyabr 2017 [11:21]
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev CBC TV-YƏ ("Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

Mia.az xəbər verir ki, "ölkə.Az”ın əldə etdiyi məlumata görə, hələlik Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib.

Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adı çəkilə telekanala gətirilməsində israrlıdır. "Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.



SON XƏBƏRLƏR