Məktəblilər arasında dava düşdü - Bıçaqlanan var

img

08-11-2017 [20:04]


Qazax rayonunda məktəblilər arasında dava düşüb.

MİA.AZ-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.
Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb.
Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR