Samir Piriyev: Kamran məni bacısı ilə tora saldı – VİDEO

08-11-2017 [12:22]

"ARB Ulduz”un "Şou məkan” verilişinin qonağı olan müğənni Samir Piriyev aparıcı Kamran Həsənli ilə aralarında yaranan qalmaqaldan danışıb.

İfaçı aldadılan və zərərçəkən tərəf olduğunu vurğulayıb.

"Mən hüquq-mühafizə orqanlarına müraciət edib haqqımı tələb etmişəm. Kamran Həsənli tərəfindən aldadılmışam.8-9 il əvvəl evimi, avtomobilimi satıb ona 115 min manat pul vermişəm. Düzdür, pulun bir hissəsini qaytarıb. Əvəzində avtomobil verib, sonra 15 min əlavə pul verib. Yerdə qalan 80 min manat məbləği verməyib. Deyir ki, get, nə edirsən et, mənim sənə verəcək pulum yoxdur. Mən də dedim ki, qardaş, mən sənə əlimlə pul vermişəm. Artıq ox yaydan çıxıb. Mənimlə Kamran Həsənli arasında böyük qalmaqal var. Aldadılan və zərər görən tərəfəm. Sözün əsl mənasında, məni bacısı Gülərlə tora sala bildi”, - deyə o bildirib.

oxu.az


SON XƏBƏRLƏR