Azərbaycanın şahmatşısı Avropa çempionatının qalibi oldu

img

06-11-2017 [23:40]


Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatının qalibi olub.

Sonuncu - doqquzuncu turunda Azərbaycan və Ukrayna yığmaları arasında oyun 2:2 hesabı ilə başa çatıb. Beləliklə şahmatçılarımız turniri 14 xalla başa vurublar.

Qeyd edək ki, Rusiya da Almaniyanı məğlub edərək, xallarını 14 xal qazanıb.

Beləliklə, əlavə əmsalların cəminə görə yekunda Azərbaycan yığması turnir cədvəlində birinci yeri tutub. İkinci yerdə Rusiya yığması, üçüncü pillədə isə Ukrayna komandası qərarlaşıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR