Rusiyada terrorçu-kamikadze özünü partlatdı - Yaralanan üç polisdən biri xəstəxanada öldü

img

05-11-2017 [23:29]


Rusiyada partlayış törədilib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə İnquşetiya Respublikasında törədilib. Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.

İnsident nəticəsində üç polis əməkdaşı yaralanıb, onlardan biri xəstəxanada keçinib.

Son məlumatlara görə, blok-posta hücumda 4 nəfər iştirak edib. Hadisədə əli olduğu güman edilən daha bir şəxs blok-postun yaxınlığında yerləşən fərdi evlərdən birində gizlənib. Hazırda onun saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR