Şriftin ölçüsü / 121 dəfə oxunub

SOCAR-da qəza: Xəsarət alanlar var

03 Noyabr 2017 [11:33]
Bu gün SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı qəza baş verib.

Mia.az xəbər verir ki, SOCAR-ın Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics"ə bildirib ki, qəza nəticəsində iki nəfər qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilov xəsarət alıblar. Onun sözlərinə görə, xəsarət alan işçilər xəstəxanaya çatdırılıb: "Xəsarət alanlardan biri artıq evə buraxılıb, digərinin müalicəsi davam etdirilir".

Dövlət şirkətinin rəsmisi əlavə edib ki, hadisə nəticəsində ölüm hadisəsi qeydə alınmayıb.



SON XƏBƏRLƏR