"Denən ki, "Qoca" səni məhkəmədə görmək istəyir" - Həbsxanadan yeni görüntü (VİDEO)

img

02-11-2017 [12:26]


Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Kürdəxanı həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.

E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.

Daha sonra "Qoca” adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: "Çalış onu gətir. Denən ki, Qoca səni məhkəmədə görmək istəyir”.

Etibar Məmmədov yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.

Qeyd edək ki, Bakının Qaradağ rayonunda "Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat zamanı E.Məmmədovla birgə silahlı müqavimət göstərən daha bir nəfər məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR