“Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq...” - İlham Əliyev

img

01-11-2017 [21:32]


Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq təbiidir, çünki bizim ölkələrin xalqlarının tarixi və coğrafi bağları var.

Bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündən sonra mətbuata açıqlamasında bildirib.

Prezident İ. Əliyev qeyd edib ki, bu əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi üçün önəmlidir və həyata keçirilən infrastruktur layihələrinin reallaşdırılmasına yardım edir: "Ticarət dövriyyəsinin artması ölkələrimizdə iqtisadiyyatın inkişafının göstəricisidir”.

Neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsir göstərmədiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, üçtərəfli görüşdə Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyə vəsaiti Azərbaycan və İran tərəfindən təmin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR