Gözəl Bayramlı ilə Əfqan Muxtarlının cinayət işləri üzrə istintaq yekunlaşdı

img

01-11-2017 [19:58]


Həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, Ə.Muxtarlı ilə bağlı cinayət işinin materialları "Meydan TV”-nin əməkdaşları ilə bağlı başlanmış cinayət işindən ayrılıb.

Vəkil qeyd edib ki, tərəflər cinayət işinin materialları ilə tanış olacaq.

Qeyd edək ki, Ə. Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), G. Bayramlı isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR