Şriftin ölçüsü / 188 dəfə oxunub

MTN-in tutduğu məktəb direktoru həbsdə öldü

01 Noyabr 2017 [17:27]
Azərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.



SON XƏBƏRLƏR