Zəngilan rayon ictimaiyyəti Şəhidlər Xiyabanında - FOTOLAR

img

29-10-2017 [15:26]


Zəngilan rayonunun Ermənistan ordusu tərəfindən işğalından 24 il ötür. 1993-cü il oktyabrın 29-da Ermənistan ordusunun birləşmələri Zəngilan rayonunu mühasirəyə alaraq dinc əhalini məhv etməyə cəhd edib. Əhali İranla sərhəda axışaraq Araz çayını keçməklə dəhşətli qırğından xilas ola bilib.

Dünən Zəngilan rayon İcra Hakimiyyətininin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, millət vəkili İmamverdi İsmayılov, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və Zəngilan polisinin şəxsi heyəti də iştirak edib. Təxminən 500 nəfərin qatıldığı anım mərasimində şəhidlərin ruhuna dualar oxunub, onların məzarına gül qoyulub.

Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirib ki, hər il anım mərasiminə qatılan zəngilanlıların sayı artır. Bu o deməkdir ki, getdikcə insanlarda Vətənə, elə-obaya məhəbbət, doğma yurda qayıdış hissi daha da böyüyür, alovlanır: "O gün uzaqda deyil. Buna əmin olun".



Digər xəbərlər
SON XƏBƏRLƏR