Şriftin ölçüsü / 169 dəfə oxunub

Xose Oksananı döydü - Polis reperi saxladı

28 Oktyabr 2017 [00:18]

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

MİA.AZ-ın "qafqazinfo”ya istinadən xəbərinə görə, buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper "Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.



SON XƏBƏRLƏR