Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

img

26-10-2017 [19:59]


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.

FHN-dən Mia.az-a verilən məlumata görə, K. Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulayıb.

Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan K. Heydərov gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

M. Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirib, qardaş köməyinə görə təşəkkür edib. İranlı nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açıb, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR