Səhiyyə Nazirliyinin Dövlət Proqramı üzrə tədbirlər planı təsdiqlənib

img

26-10-2017 [15:03]


Səhiyyə naziri "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin tədbirlər planını təsdiq edib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlər planına əsasən, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərin artırılması və davranışlarının təkmilləşdirilməsi, gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Həmçinin, tədbirlər planı gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi, gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi, gənclərə psixo-sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, o cümlədən, tibb müəssisələrin tikintisi və əsaslı təmiri zamanı sağlamlıq imkanları məhdud gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının artırılmasını sahəsində tədbirləri və gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və s. dair fəaliyyətlər əhatə edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR