Texniki Universitetdə əmək haqqı artırıldı

img

26-10-2017 [14:44]


Azərbaycan Texniki Universitetində (AzTU) 01. 11. 2017-ci il tarixindən etibarən əməkhaqları artırılacaq.

Universitetin Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.

Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.

Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.

AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR