CNN-in jurnalisti Azərbaycanın “qara siyahı”sına salındı

img

26-10-2017 [11:58]


Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Bourdaynin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur "Buzzfeednews” media orqanına müsahibə verib.

Mia.az xəbər verir ki, müsahibəsində Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil ediyildiyini bildirib.


"Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.

Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb:

"Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR