Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü hazırlanır

img

26-10-2017 [10:51]


ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi istiqamətində işlər görürlər.

Bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Endryu Şeffer deyib. O qeyd edib ki, prezidentlərin oktyabrın 16-da Cenevrədə keçirilən görüşü, onların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu ilə konstruktiv işə hazır olmaları müsbət işarədir.

Endryu Şeffer deyib ki, həmsədrlər yaxın zamanlarda gözlənilən görüşün tarixini aydınlaşdırmaq üçün Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə təmasdadırlar.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR