SOCAR-ın maşını jurnalisti vurub öldürdü

img

25-10-2017 [20:43]


Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.
S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR