Nəsimidə “Uşaq Hüquqları aylığı” tədbirləri başladı

img

20-10-2017 [18:00]


23 saylı tam orta məktəbdə "Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlərin təşkil edilib keçirilməsinə start verilib.

İH-dən Mia.az-a daxil olan xəbərə görə, Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən olan məktəblilər iştirak ediblər.

İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət tərəfindən uşaqların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Agayeva çıxış edərək bildirdi ki, "Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR