Balların hesablanması qaydası dəyişəcək - DİM açıqladı

img

20-10-2017 [11:36]


Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək.Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.

Direktorlar Şurasının sədr müavini qeyd edib ki, imtahanlarda açıq tipli test suallarından da istifadə ediləcək.Bununla yanaşı, balların hesablanması qaydası dəyişəcək.

B.Xəlilov deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birləşdirilməsi ilə əlaqədar xeyli müddət dövlət qulluğuna qəbul üçün müsabiqə keçirilməyib. Ona görə də dövlət orqanlarında bir çox vəzifələr vakantdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR