19-10-2017 [16:23]
Oktyabrın 19-da Daxili İşlər Nazirliyinin öncül qurumlarından olan xüsusi təyinatlı Əlahiddə Çevik Polis Alayının inzibati ərazisində cüdo zalının açılışı olub.
Daxili İşlər Naziriliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Cüdo Federasiyasının rəhbəri Rövnəq Abdullayev tədbirdə iştirak ediblər. Onlar rəmzi açılışı bildirən lenti kəsiblər və yeni məkanda əməkdaşların bu idman növü ilə məşğul olmaları üçün yaradılan şəraitlə tanış olub, görülən işləri yüksək qiymətləndiriblər.
Daha sonra daxili işlər naziri şəxsi heyət qarşısında çıxış edərək yeni cüdo zalının açılışı münasibətilə onları təbrik edib. O, əlamətdar hadisənin təməlində ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafına möhtərəm dövlət başçımız, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin verdiyi böyük dəstəyin, onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin dayandığını vurğulayıb, məhz bunun nəticəsində son illər ərzində paytaxt da daxil olmaqla respublikanın digər şəhər və rayonlarında 40-dan çox yüksək səviyyəli idman obyektlərinin, Olimpiya idman mərkəzlərinin tikilib istifadəyə verildiyini məmnunluqla diqqətə çatdırıb.
Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək diqqət və təşkilatçılığı sayəsində Avropa və İslam Həmrəyliyi Oyunları, Formula-1 Bakı Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası kimi mötəbər beynəlxalq yarışların respublikamızda keçirilməsi ölkəmizin potensialının, multikulturalizmə, sivilizasiyalararası dialoqa verdiyi mühüm töhfələrin əyani göstəricisidir.
O da nəzərə çatdırlıb ki, ölkəmizdə idman sahəsində uğurların qazanılmasında daha bir önəmli faktor bədən tərbiyəsinin inkişafına, kütləviləşməsinə cavabdehlik daşıyan dövlət qurumlarının, xüsusən Milli Olimpiya Komitəsi başda olmaqla müxtəlif idman federasiyalarının, cəmiyyətlərinin və klublarının vahid komanda kimi fəaliyyət göstərməsidir.
Daxili işlər orqanlarının inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə, əməkdaşların xidməti şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirən general-polkovnik Ramil Usubov polis əməkdaşlarının yeni idman kompleksində öz ustalıqlarını artırmaqla ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə daha qətiyyətli və əzmkar olacaqlarına əminliyini ifadə edib.
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)